İngiltərə millisinin yarımmüdafiəçisi "Mançester Siti"də

"Mançester Siti" rəsmi saytında "Nottingem Forest" ilə yarımmüdafiəçi Elliot Andersonun transferi barədə razılıq əldə olunduğunu təsdiqləyib.

Newsport.az xəbər verir ki, 2026-cı il dünya çempionatında İngiltərə millisinin düşərgəsində olan 23 yaşlı futbolçu artıq Kanzasda tibbi müayinədən keçib.

Sövdələşmənin məbləği 135 milyon avro təşkil edib. Keçidin tam rəsmiləşməsi oyunçu İngiltərəyə qayıtdıqdan sonra baş tutacaq.

"Mançester Siti"də hər kəs Elliot və İngiltərə millisinə dünya çempionatındakı kampaniyalarında uğurlar arzulayır və onu Mançesterdə salamlamaq imkanını səbirsizliklə gözləyir" - deyə klubun bəyanatında bildirilir.

Anderson "Nyukasl"ın yetirməsidir, o, 2024-cü ildə 15 milyon funt-sterlinq qarşılığında "Nottingem Forest"ə keçib.

Ötən mövsüm o, Premyer Liqada 38 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right