Ronaldu 140 milyon avroya otel alıb

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu otel alıb.

Newsport.az-ın məlumatına görə, Fransanın Monte-Karlo şəhərində yerləşən və "The Proto Group"dan alınan otelin qiyməti 140 milyon avrodur.

Ötən ilin avqustunda şirkət sahibi italiyalı biznesmen Alessandro Proto Ronalduya Nyu-York göydələnlərinin birində 16 milyon avroluq ev də satıb. Bir ay əvvəl isə portuqaliyalının vətənində, eləcə də Madrid və Nyu-Yorkda CR7 brendi ilə otellər şəbəkəsi açacağı ilə bağlı xəbərlər yayılıb. Futbolçu layihəyə 37 milyon avro investisiya qoyub.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin mayında ən çox gəliri olan futbolçu adını qazanıb. Onun illik qazancı 73 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right