La Liqada mövsümün ən yaxşısı adına namizədlər açıqlandı

İspaniya La Liqası 2025/26 mövsümünün yekunlarına əsasən, mövsümün ən yaxşı oyunçusu mükafatına namizədlərin adlarını açıqlayıb.

Newsport.az xəbər verir ki, namizədlərin siyahısına beş futbolçu daxil edilib:

​Lamin Yamal ("Barselona") — 28 oyun, 16 qol və 12 məhsuldar ötürmə;
​Kilian Mbappe ("Real") — 31 oyun, 25 qol və 5 məhsuldar ötürmə;
​Nikolya Pepe ("Vilyarreal") — 36 oyun, 8 qol və 11 məhsuldar ötürmə;
​Pablo Fornals ("Betis") — 37 oyun, 9 qol və 9 məhsuldar ötürmə;
​Vedat Muriqi ("Malyorka") — 37 oyun, 23 qol və 1 məhsuldar ötürmə.

Mövsümün ən yaxşı gənc oyunçusu mükafatına isə aşağıdakı futbolçular namizəddir:

Fermin Lopes ("Barselona") — 30 oyun, 6 qol və 9 məhsuldar ötürmə;
​Karlos Espi ("Levante") — 25 oyun və 11 qol;
​Alberto Moleiro ("Vilyarreal") — 37 oyun, 10 qol və 5 məhsuldar ötürmə;
​Arda Gülər ("Real") — 33 oyun, 4 qol və 9 məhsuldar ötürmə;
​Viktor Munyos ("Osasuna") — 34 oyun, 7 qol və 2 məhsuldar ötürmə.

​Son olaraq, La Liqada mövsümün ən yaxşı məşqçisi mükafatına üç mütəxəssis namizəd göstərilib:

Hans-Diter Flik ("Barselona") — çempionluq;
​Marselino Qarsiya Toral ("Vilyarreal") — üçüncü yer və Çempionlar Liqasına vəsiqə;
​Pepe Bordalas ("Xetafe") — yeddinci yer və Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə.

Qeyd edək ki, qaliblər azarkeşlər, ekspertlər və La Liqa komandalarının kapitanları arasında keçiriləcək səsvermə vasitəsilə müəyyən olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right