Keyn Avropada ilin ən yaxşı futbolçusu seçildi

"The Athletic" bu mövsüm Avropanın ən yaxşı futbolçularını açıqlayıb.

Newsport.az xəbər verir ki, ilin oyunçusu mükafatını Harri Keyn qazanıb. "Bavariya" hücumçusu bu mövsüm göstərdiyi performansa görə birinci seçilib.

Ən yaxşı gənc futbolçu adına isə Lamine Yamal layiq görülüb. "Barselona"nın vingeri mövsüm ərzində parlaq oyunu ilə diqqət çəkib.

Mövsümün simvolik komandası belə formalaşıb:

– qapıçı: David Raya (Arsenal);

– müdafiə: Nuno Mendes (PSJ), Qabriel Maqalhaeş (Arsenal), Markinyos (PSJ), Aşraf Hakimi (PSJ);

– yarımmüdafiə: Joao Neves (PSJ), Vitinha (PSJ), Federiko Valverde (Real);

– hücum: Lamine Yamal (Barselona), Harri Keyn (Bavariya), Maykl Olise (Bavariya).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right