Arda Turan “Barselona”nın məşqində iştirak etmədi

"Barselona”nın futbolçusu Arda Turan komandanın bu gün baş tutan məşqində iştirak etməyib.
Newsport.az saytının məlumatına görə, Arda səhhətində problem yarandığı üçün komandanın bu  gün baş tutan məşqindən kənarda qalıb.  Klubun rəsmi saytında yer alan xəbərə görə, Türkiyə milli komandasının üzvü yüksək hərarti olduğu üçün məşqə qatıla bilməyib.

Türkiyəli futbolçu ilə yanaşı Serxio Buskets də məşqdən kənarda qalıb.  Buskets özünü yaxşı hiss etmədiyi üçün istirahətə buraxılıb. Hər iki futbolçunun "Atletik”lə kubok oyununda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, komandalar arasında görüş yanvarın 27-də baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right