“Çelsi”dən Fernandes qərarı

“Çelsi” yarımmüdafiəçisi Enzo Fernandesin gələcəyi ilə bağlı qərar verib və onu uzun müddət komandada saxlamaq niyyətindədir.

25 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddətinin 2032-ci ildə başa çatmasına baxmayaraq, klub rəhbərliyi onunla yeni sözləşmə imzalamağa hazırlaşır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” argentinalı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2033 və ya 2034-cü ilə qədər uzatmaq istəyir.

Fernandesin bazar dəyəri təxminən 90 milyon avro olaraq qiymətləndirilir. Onunla uzun müddətdir “Real”ın və Avropanın digər top-klublarının maraqlandığı bildirilir.

O, bu mövsüm London klubunun heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right