“Real”ın mərkəz müdafiəçisi Raul Asensio yay transfer pəncərəsində klubdan ayrıla bilər.
Newsport.az “Fanatik”-ə istinadən xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu ispaniyalı futbolçunu transfer etməkdə maraqlıdır və onun keçidi üçün 20 milyon avro təklif etməyə hazırdır. “Real” isə gələcəkdə oyunçunu komandada saxlamağı planlaşdırmır və təkliflərə açıqdır.
Daha əvvəl Asensionun Madrid klubu ilə müqaviləsinin müddətinin 2031-ci ilə qədər uzadıldığı bildirilmişdi. 23 yaşlı müdafiəçi bu mövsüm “kral klubu”nun heyətində 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da bazar dəyəri 25 milyon avrodur.