Xəbər verdiyimiz ki, Türkiyə Kubokunda "Fənərbaxça” ilə qarşılaşıb.
Newsport.az-ın məlumatına görə, "Tuzlaspor” klubu oyununun keçiriləcəyi Şükrü Saracoğlu stadionuna "500 T” nömrəli marşrutla yollanıb.
"Tuzlaspor”un futbolçusu Nihat Yılmaz avtobusda olan zaman maraqlı qərar qəbul edib. Forvard marşrutda olan zaman sevgilisinə zəng edərək ona evlilik təklifi edib. Qaziantepli qız isə Nihata "hə” cavabı verib.
Olaydan sonra futbolçu "DHA”ya açıqlama verib: "Nişanlım Qaziantepdə yaşayır. Bu gün ona evlilik təklifi etdim. Onun cavabı isə müsbət oldu. Çox xoşbəxtəm. "Fənərbaxça” ilə oyuna çox yaxşı motivasiya ilə gedirik. İnşallah qazanan tərəf biz olarıq.”
Qeyd edək ki,"Tuzlaspor" səfərdə "Fənərbaxça"ya 1:0 hesabı ilə məğlub olub.