İtaliyanın "Roma” klubunda ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə,baş məşqçisi postuna Lusiano Spalettini getirən romalılar islahatlara başlayıb. Mütəxəssisin ilk qurbanı isə İngiltərə milli komandasının sabiq üzvü Eşli Koul olub.
35 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Artıq İtaliya mətbuatı futbolçunun yeni adresini də açıqlayıb. "Sky Sports”da yer alan xəbərə görə, "Arsenal” və "Çelsi” kimi klublarda oynamış futbolçu karyerası ABŞ-da davam etdirəcək. Mənbədə yer alan məlumata görə, cinah müdafiəçisi yaxın günlərdə ABŞ-ın "Los Anceles Klubu” ilə münasibətlərini rəsmiləşdirəcək.