Qara Qarayev və Tural Rzayevə dəvət göndərmiş komandada komediya

Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 Newsport.az saytının məlumatına görə, Mersin təmsilçisi "Samsunspor”dan ayrılan Ümit Özata tapşırılıb. Klubun rəsmi saytında yer alan xəbərlərə görə, tərəflər arasında bu gün rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Mersin İdman Yurdu” yanar ayı ərzində 3 müxtəlif məşqçiyə tapşırılıb. Bülən Qorxmazın gedişindən sonra komanda Hakan Kutluya həvalə olunub. Kutlu 1 gündən sonra Mersin təsmsilçisini çalışdırmaqdan imtina edib. Daha sonra post Nurullah Sağlam komandaya gətirilib. Onun Mersin xəyalı cəmi iki gün sonra başa çatıb. O, da Kutlu yolunu seçib. Ümit Özatın bu posta nə qədər dözəcəyi isə maraqla gözlənilir...
Əlavə edək ki, Mersin təmsilçisi Bülənt Qorxmazın dönəmində azərbaycanlı futbolçular – Qara Qarayev və Tural Rzayevə rəsmi təklif göndərmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right