"Qalatasaray" və "Trabzonspor" növbəti mərhələdə

Türkiyə kubokunda qrup mərhələsinin 4-cü turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

E qrupunda qərarlaşan "Qalatasaray" səfərdə "Karşıyaka"nın qonağı olub. Bu görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn "Cim Bom" sona iki tur qalmış növbəti mərhələyə vəsiqəni təmin edib.

H qrupunda mübarizə aparan "Trabzonspor" səfərdə "Adanaspor"u 4:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə xalını 12-yə yüksəldən Trabzon təmsilçisi sona iki tur qalmış növbəti mərhələyə vəsiqə qazanıb.

 


12 yanvar

Türkiyə kuboku, qrup mərhələsinin 4-cü tur


E qrupu

"Karşıyaka" - "Qalatasaray" - 1:3
Qollar:
 Şedju, 84 (0:1), 86 (0:2), Gümüş, 88 (0:3), N.Ateş, 90+3-pen (1:3)

"Kastamonuspor" - "Akhisar" - 1:2
Qollar:
 H.Çelik, 18 (1:0), M.Çelik, 40 (1:1), 81 (1:2)


G qrupu

"Kayserispor" - "Etimesgut" - 3:0
Qollar:
 Simiç, 30 (1:0), Turuç,84-pen (2:0), Çağlayan, 88 (3:0)

"Konyaspor" - "İnegölspor" - 2:0
Qollar:
 Bajiç, 10 (1:0), Sönmez, 43 (2:0)


H qrupu

"Qaziantepspor" - "Nazillispor" - 1:0
Qol:
 Larson, 86 (1:0)

"Adanaspor" - "Trabzonspor" - 1:4
Qollar:
 Ərdoğan,13 (0:1), Aydoğdu, 23 (0:2), Ərdoğan, 45 (0:3), Yılmaz, 64 (0:4), Dereli, 82 (1:4)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right