“Mersin İdman Yurdu” Sağlama tapşırıldı

Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 Newsport.az saytının məlumatına görə,Mersin təmsilçisini bundan sonra Nurullah Sağlam çalışdıracaq. 49 yaşlı mütəxəssis mövsümün sonunadək "Mersin İdman Yurdu”na rəhbərlik edəcək.

 
Qeyd edək ki, Mersin təmsilçisində durum ürəkaçan deyil. Komanda maliyyə problemləri ilə üz-üzədir.
Nəzərinizə çatdıraq ki, komanda təxminən 20-gün öncə "Bakı”nın sabiq baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırmışdı. Qorxmazın istefasından sonra Hakan Kutlu klubun başına keçsə də, o,  cəmi 1 gün sonra öz istəyi ilə istefa vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right