Qazaxıstan Futbol Federasiyası milli komanda üçün yeni baş məşqçisini xal səsverməsi vasitəsi ilə seçəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə Federasiya prezidenti Erlena Kajakapanov yerli mətbaua açıqlamasında məlumat verib.
O, qeyd edib ki, səsvermə iki mərhələdən ibarət olacaq. İlk mərhələdə yerli və xarici mütəxəssislər təklif ediləcək. Məşqçilərin adı dekabr ayının 26-da açıqlanacaq.
İkinci mərhələdə isə qısda siyahı müəyyənləşəcək və bir neçə internet platforması üzərində səsvermə keçiriləcək.
Qeyd edək ki, birinci mərhələ dekabrın 28-i, ikinci mərhələ yanvarın 1-də baş tutacaq.