İtaliya Futbol Federasiyasının İntizam Komitəsi A Seriyasının XVII turu ilə bağlı cəzaları açıqlayıb.
Newsport.az-ın məlumatına görə, turun ən sərt cəzası "İnter”in futbolçusu Felipe Meloya verilib.
Belə ki, "İnter”in "Latzio”ya məğlub olduğu matçda (2-1) rəqib futbolçu Sergey Milinkoviçə gözlənilməz təpik atan futbolçu 3 oyunluq cəzalandırılıb.