İtaliya A seriyasında 2014/15 mövsümünün ən yaxşıları məlum olub.
Newsport.az-ın məlumatına görə, ötən mövsümün ən yaxşılarını İtaliya Futbol Həmkarlar İttifaqı seçib.
"Yuventus”un sabiq hücumçusu Karlos Tevez hamıdan çox səs toplayaraq, mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. Yayda "Boka Xuniors”a keçən argentinalı forvard ötən mövsüm İtaliya çempionatında 20 qola imza atmışdı.
"Yuve”nin çalışdırıcısı Massimiliano Alleqri isə "ən yaxşı baş məşqçi" nominasiyasının qalibi olub. O, turinlilərlə həm çempionluğu, həm də ölkə kubokunu qazandığından bu ada layiq görülüb.
2014/15 mövsümünün ən yaxşı hakimi isə İtaliyanın FİFA dərəcəli referisi Nikola Ritsoli olub.