Ötən gün Fransanın "Stade de France” stadionunda keçirilən Fransa – Almaniya matçı zamanı stadionun yaxınlığın və "J” qapısının qarşısında həyata keçirilən terror əməliyyatı zamanı 100-lərlə insan yaralanıb və 140-dan çox insan dünyasını dəyişib.
Newsport.az saytının məlumatına görə, partlayış zamnı həlak olanlardan biri "Marsel”in məşhur futbolçusu Lassana Diarranın yaxın qohumu Asta Diakite olub.
Bu barədə Diarra şəxsi "twitter” hesabı vasitəsi ilə məlumat verib.