Beynəlxalq yoxlama görüşləri çərçivəsində bir oyun keçirilib.
Newsport.az-ın məlumatına görə,Estoniya milli komandası doğma medanında Gürcüstan yığmasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi qolsuz bərabəliklə başa çatıb. Oyunda hesab 61-ci dəqiqədə açılıb. Püryenin vurduğu qol estonların hesabda irəli keçməsinə səbəb olub. Hesabı açdıqdan sonra müvafiq olaraq 65 və 88-ci dəqiqələrdə iki qol vuran Estoniya millisi rəqibini 3-0 hesabı ilə məğlub edib.
Hər iki millinin heyətində Az'rbaycan Premyer Liqasında çıxış edən bir futbolçu olub. Gürcüstan millisinin heyətində "İnter” li Zurab Xizanişvili, Estoniya millisinin heyətində isə "Qəbələ”li Sergey Zenyovun adına heyətdə rast gəlmək mümkün olub. Lakin hər iki futbolçu oyunu sonadək ehtiyat oyunçular skamiyasından izləyib.