ABŞ-ın MLS Liqasında çıxış edən "Nyu-York Siti" klubunun yarımmüdafiəçisi Andrea Pirlo İtaliya A Seriyasına qayıda bilər.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçunun xidmətində "İnter" və "Yuventus" maraqlıdı. Ancaq Milan təmsilçisi bu transferə daha çox maraq göstərir.
Pirlo gələn yay təşkil olunacaq AVRO-2016-nın final mərhələsindən sonra İtaliyaya qayıtmağı planlaşdırır. 36 yaşlı oyunçu bu mövsüm 13 oyunda iştirak edib, iki məhsuldar ötürmə ilə yadda qalıb.
Pirlo 1998—2001-ci illərdə "İnter"in, 2011—2015-ci illərdə isə "Yuventus"un uğurları üçün tər töküb.