Paytax klubunda ciddi itki

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Real"a 0:1 hesabı ilə uduzan PSJ ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verartti zədələnərək sıradan çıxıb. Matçın 17-ci dəqiqəsində zədələnən italiyalı futbolçu dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb. Ayağının qırıldığı ehtimal olunan Verattinin mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Lakin 22 yaşlı futbolçunun son durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right