Almaniya Bundesliqasıda 11-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.
Doğma azarkeşləri önündə "İnqolştadt"la qarşılaşan "Şalke" rəqibi ilə 1:1 bərabərə qalıb. "Bayer" (Leverkuzen) klubu isə səfərdə "Volfsburq"a 1:2 hesabı ilə uduzub. "Borussiya" (Münhenqladbax) isə səfərdə "Herta"nı 4:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
31 oktyabr
Almaniya Bundesliqası, XI tur
“Köln” – “Hoffenhaym” - 0:0
“Ausburq” – “Maynts” - 3:3
Qollar: Muto, 18 (0:1), 30 (0:2), Verhaeq, 42-pen (1:2), Ja-Çeol, 50 (2:2), Bobadilla, 81 (3:2), Muto, 90+3 (3:3)
“Herta” – “Borussiya” (Münhenqladbax) - 1:4
Qollar: Vendt, 26 (0:1), Raffael, 28 (0:2), Xaka, 54-pen (0:3), Baumyohan, 82-pen (1:3), Nordveit, 90+1 (1:4)
“Şalke” – “İnqolştadt” - 1:1
Qollar: Levels, 39 (0:1), Sane, 77 (1:1)
“Verder” – “Borussiya” (Dortmund) - 1:3
Qollar: Marko Roys, 9 (0:1), Antoni Ujah, 32 (1:1), Henrik Mxitaryan, 44 (1:2), Marko Roys, 72 (1:3)
“Volfsburq” – “Bayer” (Leverkuzen) - 2:1
Qollar: Bendtner, 34 (1:0), Çiçarito, 40 (1:1), Draksler, 77 (2:1)
1 noyabr
18:30. “Ştutqart” – “Darmştadt”
20:30. “Hamburq” – “Hannover”
30 oktyabr
“Ayntraxt” – “Bavariya” - 0:0