"İnter”in sabiq məşqçisi Marino Pusiç karyerasını Hollandiyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, bosniyalı mütəxəssis Hollandiyanın "Tvente” klubu ilə müqavilə imzalayıb. O, Enshede təmsilçisinin baş məşqçisi Rene Hekanın köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, cari ilin əvvəlində "İnter”ə gətirilmişdi. O, Kaxaber Sxadadzenin gedişindən sonra komandanın baş məşqçisi vəzifəsinə keçəcəyi gözlənilirdi. Lakin "bankirlər”in üzləşdiyi maliyyə problemi Pusiçin komanda ilə yollarını ayırması ilə nəticələnmişdi.