Pavel Nedved “Yuventus”un yeni vitse-prezidenti oldu

"Yuventus”un direktorlar şurası çox önəmli qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, Turin klubunun rəhbərliyi yaxın keçmişin məşhur futbolçusu Pavel Nedvedə yeni vəzifə verib. 
 
Buna qədər klubda idman direktoru vəzifəsində çalışmış 43 yaşlı çex bundan sonra "Yuventus”un vitse-prezidenti postunda çalışacaq. 
 
Klub prezidenti Andrea Anyelli təyinatla bağlı çıxış edərkən Nedvedin son 5 ildə idarəçilik baxımından çox artırdığını, bu vəzifə üçün layiqli biri olduğunu vurğulayıb. Nedved isə qısaca bunları deyib: "Mənim rolum dəyişməyəcək. Hər gün futbolçular və məşqçilərlə təmasda olacam. Məhz meydanda komandaya daha çox xeyrim dəyə bilər”.
 
Qeyd edək ki, Nedved 2001-2009-cu illərdə futbolçu kimi "Yuventus”un şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right