Ançelottinin yeni iş yeri bəlli oldu

"Real”ın sabiq çalışdırıcısı Karlo Ançelotti işləyəcəyi növbəti ünvanı açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis sabiq klubları "Milan” və ya PSJ-yə qayıdacağını bildirib.
 
Ançelotti gələn mövsümdən bu iki komandadan birini çalışdıracağını istisna etməyib: "Real”dan ayrılandan sonra əməliyyat olundum. 4 ay tam gücümlə çalışa bilmərəm. "Milan”dakı vəziyyətdən xəbərdaram. Ümumiyyətlə, indiyə qədər işlədiyim komandaların hamısı ilə münasibətim yaxşıdı. Bu üzdən də söyələyə bilmərəm ki, onlardan hansınasa qayıtmaram. Dəqiq qayıdacam: bu ya "Milan”, ya da PSJ olacaq. Bundan sonra getməyəcəyim dəqiq olan bir klub varsa, o da "İnter”di. Uzun illər "Milan”da çalışmışam. "İnter”ə getsəm, həm öz karyerama, həm də "Milan”a hörmətsizlik etmiş olaram”.
 
Bu arada Ançelottinin yeni iş yeri məlum olub. O, fəal məşqçilik karyerasını bərpa edə bilməsə də, futbol biliklərindən yararlanacaq. Belə ki, italyan çalışdırıcı bundan sonra ünlü "Goal.com” saytında Çempionlar Liqası üzrə baş icmalçı kimi çalışacaq. O, bu haqda bunları deyib: "Şadam ki, "Goal.com” vasitəsilə futbolun içində olacam. İndi bütün dünyadan olan azarkeşlərlə təmas qura biləcəm. Futbol ecazkar dünyadır, mənim dünyamdır, hələ uzun müddət də mənim olacaq. Hətta komandasız belə futbolla yaşayacam”.
 
Qeyd edək ki, Ançelotti bu yay "Real”dan ayrıldıqdan sonra əməliiyat olunub. Ona görə də o, hələ ki işləmək barədə düşünmür. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right