"Mәnim arxamda futbolçular, mәşqçilәr durub"-Konte

AÇ-2016-nın seçmə mərhələsində 9-cu turun oyunları davam edir.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi evdə İtaliyaya 1:3 hesabı ilə məğlub olub.

Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən italyanların baş məşqçisi Antonio Konte qalibiyyəti belə şərh edib:

- Dünәndәn oyuna hazırlıq gedirdi. Sabahdan özünüzü yalnız hiss etmәyәcәksiniz?
- Yox. Mәnim arxamda futbolçular, mәşqçilәr durub. Onlarla rәsmidәn başqa, dostluq münasibәtlәrimiz dә var. Özümü yalnız hiss etmәyәcәm.

- Bu qələbədən sonra AÇ-2016-nın final mərhələsinə vəsiqəni təmin etdiniz. AÇ-nin final mәrhәlәsindә mәqsәdiniz nәdir?
- İnsanda hәmişә ambisiya olmalıdır. Biz әn yaxşı nәticәlәr üçün oynayacağıq. Düşünürәm ki, hәr şey yaxşı olacaq.
 

- Azәrbaycanla oyunda nә sizi qane etdi, nә qane etmәdi?
- Mәni çox şey qane etdi. Biz özümüz oyunu asanlaşdırdıq. Halbuki rәqib asan komanda deyildi. Yaxşı hücumlar qurduq. Xoşuma gәlmәyәn tәk şey buraxdığımız qol idi. Amma ona baxmayaraq toparlanıb, 2-ci, 3-cü qolları vura bildik.


- 4-4-2 taktikasını sevirsiz. Bunu nә dәrәcәdә hәyata keçirә bilirsiz?
- Bәli, bu taktikanı sevirәm. Bir neçә komandada bunu etsәm dә, alınmayıb. Amma İtaliya millisindә bunu etmәk asandır. Çünki futbolçular ustadır.

 
- İtaliya millisi Fransada ilk "4-lüy"ә düşә bilәr?
- Hәr şey mümkündür. Futbolda nәticәyә vә yaxşı oyuna bir çox amillәr tәsir edir. Hәm oyun baxımından, hәm dә psixoloji hazır olmaq lazımdır.

- Azәrbaycana 3-cü qolu vurarkәn çox sevindiniz. Buna sәbәb nә idi?
- Rәqibin kimliyindәn asılı olmayaraq, istәnilәn qәlәbә sevindiricidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right