“Çelsi” Ameliyanı rəsmən təqdim etdi

"Çelsi"nin italyan qapıçı Marko Ameliyanın keçidini həll etdiyini xəbər vermişdik.

Newsport.az saytının məlumatına görə, London klubu artıq bu transferi rəsmiləşdirib. 
 
Klubun rəsmi saytında yer alan məlumata görə, İtaliya millisinin sabiq qapıçısı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 33 yaşlı qolkiper yeni klubunda 32 nömrəli forma ilə çıxış edəcək. Ameliya artıq klubunun Premyer Liqada "Aston Villa"ya qarşı keçirəcəyo növbəti tur oyununda meydana çıxa bilər.
 
Qeyd edək ki, ötən mövsüm B Seriyası təmsilçisi "Peruca"da çıxış edən Ameliya daha öncə "Roma”, Livorno", "Cenoa” və "Milan”ın şərəfini qoruyub. Göründüyü kimi, o, ilk dəfə legioner həyatı yaşayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right