Bolqarıstan millisinin kapitanı: “Ən azı İtaliyaya qarşı nümayiş etdirdiyimiz futbolu oynamalıyıq”

"Qarşıda bizi AVRO-2016-nın seçmə mərhələsinin son iki oyunu gözləyir. Xorvatiya və Azərbaycanla görüşlər öncəsi komandada yüksək əhval-ruhiyyə var”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu İvelin Popov deyib.
 
AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Bolqarıstan millisinin köhnə-yeni kapitanı yerli mətbuata müsahibə verib. Moskva "Spartak”ını hücumameyilli yarımmüdafiəçisi qarşıdakı oyunlardan danışıb:
 
"Bütünlüklə bu matçlara köklənmişik. Ən azı İtaliya ilə Sofiyada baş tutan və 2:2 hesabı ilə başa çatan matçda nümayiş etdirdiyimiz futbolu oynamalıyıq. Həmin qarşılaşmada çox yaxşı oynamışdıq. Məncə, həmin oyundakı əzmkarlığı təkrarlaya bilsək, müsbət nəticələr əldə edəcəyik. Ən azı özümüzə, azarkeşlərə görə bunu etməliyik”.
 
Qeyd edək ki, millimiz seçmə mərhələnin son oyununda oktyabrın 13-də səfərdə Bolqarıstanın qonağı olacaq. Popov isə zədəsini sağaldıb və həm millimizə, həm də bundan öncə Xorvatiyaya qarşı keçiriləcək matçlarda oynaya biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right