İtaliya millisinin yarımmüdafiəçisi Marko Parolo millimizlə keçiriləcək görüş barədə danışıb.
Newsport.az-ın məlumatına görə, italyan oyunçu millimizlə görüşün asan keçməyəcəyini bildirib: “Azərbaycanla görüş asan keçməyəcək. Dörd oyundu ki, Azərbaycan xal qazanır. Əminəm ki, bizə qarşı da 100 faiz nələri varsa meydanda qoyacaqlar. Ancaq biz Azərbaycana qalib gələrək, final mərhələsinə yollanmağı təmin etmək istəyirik. Azərbaycanla oyuna final matçı kimi hazırlaşırıq”.