Kvalyarella:"Azərbaycanla oyunumuzun asan gəzinti olacağını düşünənlər yanılır"

İtaliya yığmasının hücumçusu Fabio Kvalyarella AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

"Bizi Azərbaycanla çox ağır oyun gözləyir. Kimlər ki, bu komanda ilə oyunumuzun asan gəzinti olacağını düşünür, çox böyük yanlışlığa yol verir. Amma biz istənilən halda qələbə qazanmalı və Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etməliyik".

Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right