Yığmamızın rəqibinin düşərgəsində qalmaqal

İtaliyanın "Novara" klubunun hücumçusu Andrey Qalabinov Bolqarıstan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya (10 oktyabr) və Azərbaycanla (13 oktyabr) oyunlarına dəvət alsa da, o, milliyə qoşulmaqdan imtina edib.

Newsport.az-ın məlumatına görə, futbolçu özünü tam hazır hiss etmədiyi üçün yığmanın düşərgəsinə qoşulmaqdan imtina edib.

Amma Bolqarıstan mətbuatı bunu Qalabinovun yığmanın baş məşqçisi İvaylo Petevdən incik olması ilə əlaqələndirir. Çünki Petev onu bir müddət öncə keçirilmiş Norveç və İtaliya oyunlara dəvət etməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right