Malta yığmasının oyunçusu: Azərbaycanı qabaqlaya bilərik

Malta yığmasının oyunçusu Zak Muskat AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu xatırlayıb.

Newsport.az-ın məlumatına görə o, bunları söyləyib:

"Mən Azərbaycan yığmasına qalib gələcəyimizi düşünürdüm. Rəqib bizə qarşı yaxşı oyun nümayiş etdirdi. Onların daha çox qol vurmaq şansı var idi. Biz isə müdafiə futboluna üstünlük verib, əks-hücumlarda şans axtarırdıq. Bu da öz bəhrəsini verdi. İki qol vurmağa nail olduq. Hadisələrin gedişatını nəzərə alsaq, heç-heçədən (2:2) razı qala bilərik. Azərbaycan turnir cədvəlində bizi dörd xal qabaqlayır. Amma bizim bu komandanı keçmək şansımız var. Çünki azərbaycanlıların İtaliya və Bolqarıstanla oyunlar xal qazanması çətin görünür. Biz xal qazana bilsək, Azərbaycanı keçə bilərik".

Azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right