Azərbaycan Yüksək Liqası: Növbəti turların proqramı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların yeri və vaxtı dəqiqləşib.

Newsport.az xəbər verir ki, fevralın 23-də VII turun matçları keçiriləcək.

Tura saat 15:00-da başlayacaq “Neftçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca “Ekspress” - “Murov” görüşü baş tutacaq.

Fevralın 27-də isə VIII turda ilk olaraq, meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan sonra MOİK - “Ekspress” duelinə start veriləcək.

​Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right