"Beşiktaş" hücumçusu ilə yollarını ayırdı

Türkiyənin "Beşiktaş" klubu Ciro İmmobile ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi italiyalı hücumçu ilə müqaviləyə qarşılqlı razılıq əsasında xitam verib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub İmmobileyə 3 milyon avro təzminat ödəyəcək. 35 yaşlı forvard bu gecə İstanbulu tərk edəcək.

Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni ötən ilin yayında "Latsio"dan transfer etmişdi. Təcrübəli futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right