Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Orxan Abasov (79 kq) təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.
Əliabbas Rzazadə (57) 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.
Turan Bayramov (74) 1/16 finalda bəhreynli Maqomedrasul Asluyevlə, Osman Nurmaqomedov (92) 1/8 finalda Teyvir Bol (Kanada) - Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.
Bundan başqa, Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə polşalı Patrik Olenşinlə üz-üzə gələcək.