Azərbaycan millisi dünya reytinqində irəlilədi

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Avropa çempionatındakı uğursuz çıxışına baxmayaraq, reytinqini yaxşılaşdırıb.

Newsport.az xəbər verir ki, dünya reytinqdə millimiz 5 pillə yüksələrək 33-cü pilləyə qalxıb (112,41 xal).

Avropa ölkələri arasında isə Azərbaycan 18-ci yerdədir. Türkiyə dünya reytinqinə 370,56 xalla başçılıq edir, İtaliya (358,83) və ABŞ-ı (358,45) qabaqlayır.

Xatırladaq ki, millimiz altı komanda arasında beşinci yeri tutaraq Avropa çempionatının qrupundan çıxa bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right