Atletlər Komissiyasının növbəti görüşü keçirilib

Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti görüşü baş tutub.

Qurumdan Newsport.az-a verilən məlumata görə, toplantıda idmançı və məşqçi münasibətləri müzakirə olunub, mütəxəssislər üçün psixoloji testlərin təşkili, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında danışılıb, idmana yeni başlayan yeniyetmə və gənclərə qayğı göstərilməsinin vacibliyi də qeyd edilib.

Komissiya heyətinin təklifi ilə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytın yaradılması haqqında fikir mübadiləsi aparılıb. Saytda qeydiyyatdan keçən mütəxəssislərin sertifikatlaşdırılmasının aparılması da nəzərdə tutulur. Məqsəd gələcəkdə valideynlərin övladları üçün idman növünə uyğun peşəkar məşqçilər seçməkdir.

Qeyd edək ki, görüşdə MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, Beynəlxalq Proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov, Komissiyanın sədri Rüstəm Orucov (cüdo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks) və Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right