Azərbaycan millisi AÇ-2023-ə vəsiqə qazandı!

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşmada rəqib Avstriya yığması olub.

Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibinə qalib gəlib – 3:1 (25:14, 25:20, 23:25, 25:15)

Beləliklə, Azərbaycan millisi qrup ikinciliyini və Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Komandamız ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Xatırladaq ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right