Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər.

Newsport.az məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Beynəlxalq Paralimpiya Komitəsinin məlum qərarına əsasən, bu qadağa Azərbaycandakı yarışda da tətbiq olunacaq.

İ.Rəhimov qurumun noyabrda baş tutacaq Baş Assambleyasında Rusiya və Belarus idmançıları ilə bağlı məsələnin müzakirə olunacağını söyləyib.

Qeyd edək ki, paracüdo üzrə dünya çempionatı 7 - 9 noyabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right