Türkiyənin Konya şəhərində davam edən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medal yazılıb.
Newsport.az-ın məlumatına görə, bu dəfə azərbaycanlı gimnast Vladimir Dolmatov çempionluq sevinci yaşayıb.
O, aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərindən üstün olaraq birinci pilləni tutub.
Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medalla kifayətlənib.