Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Newsport.az-ın məlumatına görə, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb – 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib – 40:27.
Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkənin yığması yarımfinalda Kameruna qalib gəlib – 34:23.