İslamiada: Azərbaycan millisi qələbə ilə başladı

Basketbolun 3×3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.

Newsport.az-ın məlumatına görə, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ilk turunda Mali seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyə ilə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right