İslamiada: Azərbaycan millisi Türkiyəyə də qalib gəldi

Basketbolun 3×3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Newsport.az-ın məlumatına görə, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur matçında Türkiyəni 21:12 hesabı ilə üstələyib.

Azərbaycan yığması daha öncə Mali komandasına da 18:15 hesabıyla qalib gəlmişdi. Komandamız qrupdakı növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right