Paris-2024: Azərbaycanı onlar təmsil edəcək

Paris-2024 Paralimpiya Oyunlarında 3 paracüdoçumuz mübarizə aparacaq.

Newsport.az xəbər verir ki, belə ki, Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq.

Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right