FİBA Avropa Kuboku: “Sabah” bu gün Monteneqro klubunu qəbul edəcək

“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 4-cü matçında Monteneqro klubu “Mornar”ı qəbul edəcək.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq görüşə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una (61:95) məğlub olub. Azərbaycan çempionu hazırda 3 xalla D qrupunda sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right