"Qarabağ" klubunun yarıpmmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente" ilə keçirilən ilk oyundan (0:0) sonra oyun barəsində fikirlərini jurnalistlərə açıqlayıb.
Newsport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu qol epizodlarından yararlana bilmədiklərini bildirib:
İstəyirdik ki, evdə qalib gələk. Düşünürəm ki, yaxşı oynadıq. Ancaq qol epizodlarından istifadə edə bilmədik. Bir tərəfdən də sevinirəm ki, rəqibə qol vurmaq üçün şans yaratmadıq. Sona qədər üstünlük bizdə oldu. Bizdə çatışmayan ancaq qol oldu. Burda stadion amili rol oynamadı. Bu gün biz qol vursaydıq, ot örtüyünün yaxşı vəziyyətdə olmadığından danışmayacaqdıq. Ona görə də bunu bəhanə etməyə dəyməz. Sadəcə yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Məncə, qalan hər şey yerində idi.