Avropa Liqasında yoluna davam edən “Neftçi” klubu bu gün III təsnifat mərhələsinin ilk oyununda meydana çıxacaq. Newsport.az xəbər verir ki, Böyükağa Hacıyevin komandası “Bakcell Arena”da Gürcüstanın “Çixura” klubunu qəbul edəcək. Türkiyə “Bursaspor”unu mübarizədən kənarlaşdıran gürcülər kifayət qədər ciddi rəqibdir. Buna görə də, rəqibə ciddi yanaşmaq lazımdı.
31 iyul
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00. “Neftçi” – “Çixura”
Baş hakim: Kristian Balay (Rumıniya).
Bakı. "Bakcell Arena".