Bəhlul Mustafazadə: "Komanda şəklində vuruşduq, əlimizdən gələni etdik"

"Oyuna yaxşı hazırlamışdıq, yaxşı mübarizə apardıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

O, ÇL-in qrup mərhələsinə vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini vurğulayıb: "Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklində vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" mübarizəni  Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right