Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu "Lex"lə qarşılaşır. "Poznan" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.
5 iyul
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
22:00."Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Fasilə)
Qol: İsak, 41
Baş hakim: Xose Luis Munuera
Poznan