"Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib.

Klubun Mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.

Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu "Şamaxı" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right