"Neftçi" sabah Qəbələyə yollanacaq

“Neftçi” Premyer Liqanın 26-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına başlayıb.

Newsport.az-ın məlumatına görə, “Sumqayıt”la matçın ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Sabah Qəbələyə yola düşəcək komandanın üzvləri son məşqini şəhər stadionunda keçəcək.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” görüşü mayın 9-u saat 19:45-də Qəbələ şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right