"Sabah"ın almaniyalısı: "Hələ hədəflərimizə çatmamışıq"

"Sabah"ın almaniyalı hücumçusu Coy Lens Mikels instaqramda paylaşım edib.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı forvard hələ hədəflərinə çatmadıqlarını bildirib:

 

"Sözlərə ehtiyac yoxdur. İndiyə qədər əldə etdiyimiz uğurlara görə komanda yoldaşlarma təşəkkür edirəm. Hələ hədəflərimizə çatmamışıq. 4 oyun qaldı".

 

Coy Lens Mikels cari mövsümdə "Sabah"ın heyətində meydana çıxdığı 22 Premyer Liqa matçında 11 qol və 7 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right